08 oktyabr, 2018-ci il tarixində Bakı Fond Birjasında “BOKT Embafinans MMC”-nin AZ2001020604 ISIN-li, 2.000.000 mln AZN həcmində, 1 il (365 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur. 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 2.000.000,00 AZN olub.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 2 mln. AZN təşkil edib.
İstiqrazların ödəmə tarixi 8 oktyabr 2019-cu ildir.