Son 3 ayda orta illik inflyasiyada azalma meyili davam edib

Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına görə, son 3 ayda orta illik inflyasiyada azalma meyili davam edib.

2018-ci ilin 9 ayında orta illik inflyasiya 2.6% təşkil etmiş, üçüncü rüb ərzində ritmik templə azalıb.

İnflyasiyanın xarici və daxili amillərində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Nəqliyyat tariflərinin yüksəlməsi hesabına xidmətlərin bahalaşmasının bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi və bütövlükdə monetar amillərin təsiri ilə neytrallaşdırılması inflyasiyanın azalma meyilini müəyyən edib.

İnflyasiya üzrə gözləntilər və proqnozlar. Biznes sektorunun inflyasiya gözləntiləri ticarət və xidmət sektorunda qiymət artımı gözləntilərinin azalması hesabına aşağı düşür.

İstehlak qiymətlərinin cari dinamikası ev təsərrüfatlarının da inflyasiya gözləntilərinin stabilləşməsini şərtləndirir.

Son makroiqtisadi proqnozlar 2018-ci ilin sonuna 3-4% səviyyəsində qərarlaşacağını göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır