İsveç üçün nağdsız gələcək planlaşdırılır

İsveç Mərkəzi Bankı (Sveriges Riksbank), ölkədə nağd puldan istifadənin azalması müşahidə olunduğundan, milli elektron valyutanın yaradılması prosesini sürətləndirdi. 350 ildən uzun müddətdir ki fəaliyyət göstərən bank 2017-ci ilin yazında layihənin təməlini qoyub.

Yeni yaradılacaq rəqəmsal valyuta “e-krona” adlanır və onun əsas xüsusiyyəti istər Riksbankda, istərsə də mobil tətbiqetmədə saxlana bilməyidir.

Qeyd edək ki, rəqəmsal valyutanın kriptovalyutalardan əsas fərqləri mərkəzi bank tərəfindən nəzarət olunması və qanunvericiliklə tənzimlənməsidir. Bu səbəbdən “e-krona”-nın daha dayanıqlı, stabil və etibarlı olması proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır