İndi Telegram və Facebook vasitəsilə dostunuza pul göndərin!

“Rabitəbank” Azərbaycanın ilk bank botu olan – RabitəBot məhsulunu təkminləşdirməkdə davam edir. Azərbaycanda ilk dəfə olaraq hamının gündəlik istifadə etdiyi Telegram və Facebook əlavələri vasitəsilə artıq dostunuza pul göndərə bilərsiniz. Hətta bunu dostunuzun kart nömrəsini bilməsəniz də edə bilərsiniz.

Bunun üçün Telegram əlavəsində @RabitəbankBot kanalını taparaq ora keçid edirsiniz,  “Mənim kartlarım” hissəsindən kartı seçir və daha sonra “Kontakta pul” göndər funksiyasının köməyi ilə dostunuzun heç kart nömrəsini bilmədən ona pul göndərirsiniz. Dostunuz sizdən aldığı təsdiqləmə kodunu telefonunda daxil edir və pul həmin anda onun hesabına oturur. Buna Siz cəmi 25 saniyə vaxt sərf edirsiniz.

Facebook  əlavəsi vasitəsilə də həmin funksiya aktivdir. Belə ki, Facebook əlavəsində Rabitəbank səhifəsini axtarış hissəsindən taparaq ora keçid edirsiniz, “Menyu” hissəsindən “Məhsullar” bölməsini seçirsiniz və “Pul köçürmələri” xidmətləri arasından “Kart üzərindən” funksiyasını seçirsiniz. Burada sizin aktiv kartınız təqdim olunur. Daha sonra “Kontakta pul göndər” xidmətinə keçid edirsiniz, məbləği və göndərmək istədiyiniz dostunuzun mobil nömrəsini daxil edir və yaxud telefon kitabçasından seçirsiniz. Dostunuz sizdən aldığı təsdiqləmə kodunu telefonunda daxil edir və pul həmin anda onun hesabına oturur. Beləliklə, dostunuzun kart nömrəsini bilmədən ona 25 saniyə ərzində pul göndərmiş olursunuz.

Bu xidmətlə yanaşı istifadəçilər Telegram və Facebook əlavələri vasitəsilə hesabdan çıxarış, real vaxt rejimində valyuta məzənnələri, yaxın filial və bankomatlar, kredit və kart məhsulları haqda məlumatları əldə edə bilərlər. Bundan əlavə istifadəçilər günün 24 saatında Rabitəbot-un aktiv olduğu Facebook və Telegram kanalından vasitəsilə onlayn kredit müraciətindən tutmuş plastik kart sifarişinə qədər bütün xidmətlərdən istifadə edə bilərlər – bütün bunlara isə yalnız saniyələr sərf olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır