“Walmart” ərzaq çatdırılmasında pilotsuz avtomobilləri sınaqdan keçirir

ABŞ mərkəzli supermarketlər şəbəkəsi Walmart müştəri məmnuniyyətinin artırılması məqsədilə böyük bir layihəni sınaqdan keçirir.

Belə ki, illərdir ərzaq məhsullarının müştərilərin ünvanlarına çatdırılmasını təmin edən Walmart, xidmət səviyyəsinin artırılması üçün Ford avtomobil istehsalçısı və Alphabet Inc-in törəmə qurumu olan Waymo ilə tərəfdaşlığa girib.

Tərəfdaşlıq əsnasında, çatdırılmanın gələcəyin texnologiyası olan sürücüsüz avtomobillər tərəfindən həyata keçirilməsi planlaşdırılır.

Pilot layihənin ilkin test mərhələsi ABŞ-ın Miami-Dade bölgəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır