“Standard&Poor’s”un nümayəndələri suveren kredit reytinqini müəyyənləşdirmək üçün Azərbaycanda səfərdədir

“Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin nümayəndələri Azərbaycanın suveren kredit reytinqinin müəyyən olunması məqsədilə ölkəmizdə səfərdədir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən bildiriblər ki, reytinq agentliyinin nümayəndələri ilə görüşdə ölkəmizdə maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması istiqamətində MBNP-nin gördüyü işlər, əldə olunan uğurlar və bu sahədə qurumun üzərinə düşən vəzifələr barədə məlumat verilib.

Həmçinin “Standard&Poor’s”un nümayəndələrinin Azərbaycanın bank sektorunun sabitliyi, hüquqi və tənzimləyici çərçivə üzrə son yeniliklər, bu sahədə mövcud situasiya və sair barədə sualları cavablandırılıb.

AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır