“Bakutel”in dəstəyi və Azərbaycan Qadınları İKT-də – “FEMMES DIGITALES” klubunun təşkilatçılığı ilə sayca 2-ci “AWITA 2018” (“The Women in IT Award”) mükafatlarının təqdimat mərasimi keçirilib.
Mükafat Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara təqdim edilib.
BBN.az xəbər verir ki , müsabiqəyə 100-dən artıq ərizə daxil olub. Yekun nəticəyə görə, 11 nominasiya üzrə qaliblər müəyyənləşdirilıb. Dövlət qurumunda fəaliyyət göstərən rəqəmsal lider – Leyla Məmmədova (“AzIntelecom”un baş direktoru), münsiflər heyətinin seçimi – Sahibə Həsənova (Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində radiorabitə sahəsində ekspert), İlin İnovatoru – Şəbnəm Məmmədova (kənd təsərrüfatı nazirinin İnnovasiyalar üzrə müşaviri), ilin təsisçisi, baş direktoru və yaxud IT sahəsində direktor – Naina Mehdiyeva (“Golden Pay”in baş direktoru), 2018 sahə nominasiyası: AGTECH-də qadın – Jalə Əmirbəyova (fərdi sahibkar, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini), ilin işverəni – “B.EST Solutions” (“Asan İmza” mobil elektron imzanın operatoru), rayon və ucqar bölgədə IT sahəsinə verilən töhfə – Bahar Abdullayeva (İ.Həsənov adına İsmayıllı rayon 1 saylı tam orta məktəbinin müəllimi), ilin innovativ müəllimi – Aliyə Əhmədova (İ.Qayıbov adına Sumqayıt şəhəri 1 saylı tam orta məktəbinin fizika-informatika müəllimi), ilin startapı – Elnarə Məmmədzadə (“Dataforest”in təsisçisi və idarəetmə üzrə partnyor), ilin proqramçısı – Ləman Qədirli (STEP IT akademiyada müəllim), IT sahəsində ilin birliyi/ IT sahəsində təhsil proqramı və ya layihəsi – Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi qalib elan olunublar.
Qeyd edək ki ,hər il “AWITA” müsabiqəsi çərçivəsində Azərbaycan Qadınları İKT-də -“FEMMES DIGITALES” klubunun fəaliyyətinin inkişafına və dəstəyində verdiyi töhfəyə görə mükafat təqdim edilir.
Bu il bu mükafata Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, “ASAN xidmət”, ADA Universiteti və STEP IT Akademiyası layiq görülüblər.