2018-ci ildə Near Field Communication (NFC) texnologiyasını tətbiq edərək “Ionic” və “Versa” ağıllı qol saatlarını istifadəyə verən Fitbit şirkəti özünün “Fitbit Pay” adlanan ödəmə texnologiyasını Hindistan bazarına çıxarmaq istəyir. Bununla əlaqədar Hindistan Mərkəzi Bankına müraciət edən şirkət qurumdan təsdiq cavabı gözləyir.
Qeyd edək ki, müştərilərə təmassız ödəmə imkanı verən bu qol saatları ABŞ, Avstraliya, İngiltərə, Sinqapur daxil olmaqla, dünyanın 25 ölkəsində istifadə olunur.