Dünyanın qabaqcıl avtomobil markalarından olan “Ford” dünya üzərindəki 953 mindən çox avtomobilini geri çağırıb.
Şirkətdən verilən açıqlamada bildirilib ki, buna səbəb avtomobillərdə qoruyucu yastıqlarda nasazlıqların olmasıdır. Belə ki, qoruyucu yastıqlarda olan nasazlıq səbəbilə yastıqlar partlayan zaman ətrafa şarapnel parçaları səpələnə bilər.
Geri çağırılan 953 min avtomobildən 782 mini ABŞ bazarlarında, qalanı isə dünyanın digər ölkələrində müxtəlif bölgələrdədir.
Şirkətin məlumatına görə, bu nasazlıqla bağlı onlara şikayət gəlməyib.
Qeyd edək ki, bütün zamanlarda bu nasazlıq səbəbilə 23 nəfər həyatını itirib.