Yanvarın 5-də İran Mərkəzi Bankın rəhbəri Əbdul Nasir Himməti ölkənin valyutasından dörd sıfırın çıxarılması təklifini hökumətə təqdim etdiklərini açıqlayıb.
Himməti təklifin məclis tərəfindən dərhal qəbul edilməsini tələb edib. Onun sözlərinə görə, ABŞ-ın iqtisadi sanksiyalarından sonra valyuta və inflyasiya problemləri nəzarət altına alınıb.
Qeyd edək ki, 2017-ci ilin iyulunda İran hökuməti rialı tümənlə dəyişdirərək bank sistemində mövcud olan qarışıqlığı aradan qaldırmağı hədəfləsə də, təklif məclis tərəfindən təsdiq olunmayıb.