Elektron maliyyə xidmətlərinin istifadəçiləri ilbəil artır

“Dünya Bankı”nın rəsmi saytında yerləşdirilən hesabata istinadən hal-hazırda dünyada yetkinlik yaşına çatmış şəxslərin 69 %-nin hər hansı bir maliyyə qurumunda və ya mobil pul servisində hesabı mövcuddur. Bu göstəricinin 514 milyonu 2014 və 2017-ci illər arası hesab yaradanlardır.

Ümumilikdə, 2011-ci ildən bəri yetkinlik yaşına çatmış 1.2 milyard nəfər maliyyə xidmətlərinə giriş əldə edib. Bununla belə, hələ də dünyada maliyyə sisteminə daxil olmayan  yetkinlik yaşına çatmış 1.7 milyard nəfər şəxs var.

Statistika ilə cədvəl vasitəsilə tanış ola bilərsiniz: Dünya Bankı statistika

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır