Dünya Bankının prezidenti vəzifəsindən istefa verib

Koreyalı Jim Yonq Kim 6 ildir prezident vəzifəsini icra etdiyi “World Bank Group”-dan ayrılacağını bildirib.

Bu gözlənilməz istefa barədə heç bir səbəb bildirilməsə də, Kim sosial media hesabı üzərindən “Dünyada yoxsulluğu sona çatdırmaq uğrunda böyük işlər görən bir qurumun rəhbəri olmaq böyük şərəf idi” – cümlələrini işlədib.

59 yaşlı Kim fevral ayının birindən etibarən vəzifəsindən ayrılacaq və onu müvəqqəti olaraq Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva əvəz edəcək.

Qeyd edək ki, Jim Yonq Kim 2012-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən Dünya Bankının prezidenti vəzifəsinə təyin edilib və 2017-ci ildə yenidən Dünya Bankı tərəfindən prezident seçilib. Prezidentlik müddətinin 2020-ci ildə yekunlaşması gözlənilirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır