ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) “Oracle” şirkətinin təsisçisinin “Tesla” şirkətinə 1 milyard dollar məbləğində sərmayə qoyduğunu açıqlayıb.
Sözügedən təsisçi Larry Ellison 1 milyard dollarlıq yatırım etməklə “Tesla” şirkətinin 3 milyon səhmini alıb. Bununla da, şirkətdə 1.75% lik pay sahibi olan Larry Ellison, şirkətin qurucusu olan Elon Muskdan sonra ən çox sərmayə yatıran investor olub.
Hazırda Forbes-in 2018-ci il üçün açıqladığı milyarderlər siyahısında 10-cu yerdə qərarlaşan Larry Ellison “Tesla” şirkətinin idarə heyətinə də daxil olacaq.
Qeyd edək ki, “Oracle Corporation” hal-hazırda dünyanın 175 ölkəsində fəaliyyət göstərən beynəlxalq biznes proqramları provayderidir.