“Alibaba” alman şirkətini alıb

Çinin e-ticarət nəhəngi “Alibaba” Almaniyanın informasiya analizi ilə məşğul olan “Artisans” startapını alıb.

Alman gündəlik biznes xəbərləri portalı Handelsblatt-ın xəbərinə görə, “Alibaba” bu satınalmanın müqabilində 90 milyon avro (103.1 milyon ABŞ dolları) ödəyib.

“Artisans” şirkətinin təsisçiləri Kosktas Tzoumas və Stephen Ewen, satınalmanın strateji bir addım olduğunu bildiriblər.

Çinli şirkətin “Artisans”-ı almaqla böyük həcmdə informasiyanı emal etmək bacarığı olan proqram hazırlamağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır