Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ildə 47,7 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,5 % çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 %, neft sektorunda isə 0,4 faiz artıb.
Sənaye məhsulunun 73 %-i mədənçıxarma sektorunda, 22,2 %-i emal sektorunda, 4,1 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı 5,8 % artıb, neft hasilatı isə ötən ilin səviyyəsində qalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7 %, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,7 % artıb.