Respublikamızda 2018-ci ilin dekabr ayında orta gündəlik neft hasilatı 830 min barrel olub. Belə ki, bu statistika eyni ilin noyabr ayında nisbətdə gündəlik 30 min barrel çoxdur.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) rəsmi aylıq hesabatına istinadən, ümumilikdə dekabr ayında gündəlik xam neft hasilatında 25 min, gündəlik kondensat hasilatında isə 2 min barrel artım müşahidə olunub. Ötən ilin ilk 11 ayında gündəlik neft hasilatında artım 4 min barrel təşkil edib.
Azərbaycanda neft hasilatı 2019-cu ildə gündəlik ortalama 800 min barrel səviyyəsində olacaq. Hasilata təsir edə biləcək ən real amil kimi “Şahdəniz” qaz-kondensat yatağında hasil olunan kondensat göstərilir.