“Bank BTB” Dövlət Gömrük Komitəsinin kredit təşkilatlarının reyestrinə daxil edilib.
Bununla da bankın təqdim etdiyi qarantiya məktubu əsasında idxal-ixrac əməliyyatlarını həyata keçirən müştərilər gömrük orqanına rüsum ödənişi müddətinə güzəşt əldə edəcək. Başqa sözlə, bank müştərinin gömrük orqanına ödəniş və rüsumlarının göstərilən müddətdə ödənəcəyinə təminat verir.
Qarantiya məktubunu əldə etmək istəyən müştəri idxal üçün gömrük orqanlarına təqdim edilən sənədləri, o cümlədən müvafiq gömrük idarəsinin qarantiya tələbinin şərtlərini (qarantiyanın müddəti, məbləği, idxal olunan malların detalları və digər) özündə əks etdirən sənədləri banka təqdim etməlidir.
Qeyd edək ki, hazırda Azərbaycanda 9 bank qeyd edilən qarantiyanı təqdim etmək hüququ əldə edib.
Ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.