İİTKM və AR Əqli Mülkiyyət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb

AR Əqli Mülkiyyət Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Qeyri-müəyyən müddətə bağlanan Memorandumda tərəflər, Agentliyin Rəqəmsal Ticarət Qovşağına inteqrasiyasının təmin olunması və onun potensialından yüksək texnologiyaların və əqli mülkiyyət obyektlərinin iqtisadiyyatda tətbiqinin stimullaşdırılmasında və bu istiqamətdə aparılan işlərdə istifadə edilməsi, Agentliyin təqdim etdiyi layihələrin Mərkəz tərəfindən idarə olunan “enterpriseazerbaijan.com” portalına inteqrasiyasının həyata keçirilməsi, patent qabiliyyətli startapların birgə seçiminin aparılması barədə razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır