Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Belə ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,63 ABŞ dolları artaraq 63,05 ABŞ dolları, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,53 ABŞ dolları bahalaşaraq 53,63 ABŞ dolları təşkil edib.