2019-cu ilin yanvar ayında sənaye istehsalı haqqında məlumat açıqlanıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar ayında 3,8 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 % çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,8 % artıb.

Sənaye məhsulunun 72,5 %-i mədənçıxarma sektorunda, 22 %-i emal sektorunda, 4,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 0,8 % azalıb, əmtəəlik qaz hasilatı isə 26,4 % artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır