Daim dəyişən dünyada strategiya nə dərəcədə əhəmiyyətlidir?

Günümüzün dəyişkən, tərəddüdlü, mürəkkəb və qeyri- müəyyən  dünyasında strategiyanın  rolu  mübahisə məsələsidir.Belə bir fikir var ki,  çətin şərtlər içərisində hər hansı  strategiya formalaşdırıldıqdan dərhal sonra o  “köhnəlir”. Bu səbəbdən bütün diqqəti strategiyaların formalaşdırılmasına  yönəltmək əvəzinə  çevikliyə və görüləcək tədbirlərə yönəltmək lazımdır.

Doğrudan da belədir? Məgər mürəkkəb dünyada  strategiyanın rolu yoxdur? Bunun cavabını tapmaq üçün strategiyanın əsas funksiyalarını nəzərdən keçirək :

  1. Strategiya gələcək üçün bir təşkilat hazırlamağa kömək edir. Bu mütləq şəkildə uzunmüddətli planlar və ya planlaşdırmalar ilə  bağlı  deyil. Bu o deməkdir ki, strategiya gələcəyə yönəlir və təşkilatın qısa müddətli  və gündəlik fəaliyyətlərindən başqa məsələlərə diqqət yönəltməyinə  kömək etməlidir.
  2. Strategiya bir təşkilatın rəqiblərindən fərqlənməsinə kömək edir. Strategiya sayəsində təşkilat sahib olduğu imkanlara yönəlir və onlardan səmərəli istifadə edir. Strategiya bir təşkilatın özünəməxsus aktivlərinə və xüsusiyyətlərinə diqqət yetirməyinə və onlardan səmərəli istifadə etməyə  imkan verir.
  3. Strategiya təşkilata lazımlı səviyyədə sabitlik qazandırır. Təşkilat davamlı sabit qalarsa və yaxud davamlı  dəyişərsə  bu onun   imkanlarından tam istifadəyə mane olar. Strategiya  isə ciddi çərçivəyə malik deyil. Xüsusilə təhlükəli dövrlərdə təşkilatın yönəltməyə  və  sabitliyə  ehtiyacı olur ki,  strategiya da məhz bunu təmin edir.
  4. Strategiya istinadgahdır. Şərtlər dəyişsə də, strategiya ümumi bir istinad nöqtəsi təklif edir. Bu ona şərait yaradır ki, dəyişikliklər olduğu dövrdə  təşkilatın içində və ətrafında olan  insanlar fərziyyələr, planlar və fikirlərdən kənara çıxa bilsin.
  5. Strategiya daxili və xarici mühiti bir-biri ilə uyğunlaşdırır.Ümumi idarəetmə intizamı kimi, strategiya bir təşkilat tərəfindən nəzərə alınacaq ən vacib daxili və xarici amillərə birtərəfli baxış imkanı verir. Bu cür baxış təşkilatı həm daxili, həm də xarici mühitlə uyğunlaşdırmağa kömək edir.
  6. Strategiya təşkilati fəaliyyəti istiqamətləndirir.Bu istiqamətləndirmə olmasa  təşkilatlar  koordinasiyasız,  qeyri-məhsuldar, səmərəsiz  fəaliyyətlə məşğul olardılar.Strategiya anlayışının formalaşdığı zamanlarda bu funksiyalar əhəmiyyətli idisə, indiki dövrdə bu funksiyalar olduqca əhəmiyyətlidir.

Bu gün təşkilatlar gələcəyə hazırlanmalı, rəqiblərindən fərqlənməyin yollarını tapmalı, özlərini qorumaq üçün sabitliyi təmin etməli, hər kəsin müraciət edə biləcəyi ümumi bir istinad çərçivəsinə malik olmalı, ətraf-mühitə uyğunlaşmaq üçün ümumi baxışı olmalıdı, fəaliyyəti həyata keçirmək üçün təlimata malik olmalıdırlar. Strategiya təşkilata bu məsələləri həll etməyə imkan yaradır. Bu gün yuxarıda sadalanan funksiyalar olmadan dəyişikliklərin mənfi təsiri ilə üzləşmək riski daha da böyüyür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır