Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və “Sparkassenstiftung für internationale Kooperation” tərəfindən “Risklərin idarə edilməsi və Bazel III” mövzusunda seminar keçirilib

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) “Sparkassenstiftung für internationale Kooperation” ilə birgə təlimçi-ekspert İrina Friedemannın təqdimatında “Risklərin idarə edilməsi və Bazel III” mövzusunda seminar keçirib.

Seminar çərçivəsində Bazel III və onun komponentləri, CRD IV və EBA haqqında ümumi məlumat, bank tənzimlənməsinin xronologiyası, beynəlxalq təcrübədə CRR/CRD IV və EBA standartlarının tətbiqi, habelə risk idarəetməsində zəruri hesab olunan üç müdafiə xətti müzakirə olunub.

Təcrübə və diskussiyalarla zəngin olan seminarda 28 bankın nümayəndələri və Palatanın əməkdaşları iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır