İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Lənkəran rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
– kənd turizmi layihələrinin maliyyələşdirilməsi,
– çəltikçilik, çayçılıq, sitrus bağçılıq, istixana və kiçik cins heyvandarlıq təsərrüfatların,
– ketçup, mayonez və xardal sousu istehsalı müəssisəsinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığın İnkişafı Fonduna müraciət edə bilərlər.