DSMF-nin“bir pəncərə” və “e-sosial” portalı əsasında xidmət göstərən müasir Qəbul Mərkəzi açılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin innovativ üsullarla, “bir pəncərə” və  “e-sosial” portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün yeni və müasir Qəbul Mərkəzi açılıb. 

Mərkəzin açılışında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət sosial xidmətləri sahəsində innovativ yeniliklərin tətbiqi ilə şəffaflığın və ədalətliliyin təmin edilməsinin, vətəndaş məmnunluğuna nail olunmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin islahatlar proqramının başlıca xətti olduğunu vurğulayıb. O bildirib ki, DSMF-də müasir iş və xidmət prinsipləri əsasında yeni Qəbul Mərkəzinin yaradılması da  bu məqsədə xidmət edən bir addımdır. Başlıca amil kimi, burada artıq “bir pəncərə”dən və “e-sosial” internet portalı vasitəsilə, vətəndaşlarla açıq iş şəraitində qəbul xidməti yaradılıb. 

Nazir deyib ki, təkcə son iki ayda nazirlikdə 5215 nəfər, DSMF-də isə 5348 nəfər vətəndaşın qəbulu həyata keçirilib. Ona görə də qəbul sahəsində xidmətin müasir şəkildə və vətəndaş rahatlığı prinsipi üzrə təşkili diqqətdə dayanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır