Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət  Fondu ASC – nin AZ2035008682 ISIN-li, 20 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka  istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20 000 000,00  manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 20 000 000,00  manat təşkil edib.

İstiqrazların   ödəmə tarixi 31 iyul  2041-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır