Dövlət əmlaklarının özəlləşdirilməsi prosesi ölkə üzrə müxtəlif iqtisadi sahələrə investisiyanın yatırılması və qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi açıq və innovativ hərraclar sərmayəçilərin, sahibkarların, iş adamlarının və digər şəxslərin özəlləşmədə rahat iştirakına yönəlib.
Müasir hərracın üstünlükləri seçim prosesindən hərracda iştiraka qədər bütün prosedurları onlayn formada həyata keçirmək imkanlarını yaradır.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 30 aprel tarixində keçiriləcək.
Bu dəfəki hərraca ümumilikdə 92 dövlət əmlakı çıxarılıb. Bunlardan 22-si səhmdar cəmiyyəti, 49-u kiçik dövlət müəssisəsi, 11-i qeyri-yaşayış sahəsi, 3-ü yarımçıq tikili, 7-si isənəqliyyat vasitəsidir. Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20 kv.m ilə 3813 kv.m arasındadır. Dövlət obyektləri təyinat və ərazi baxımından da müxtəlifdir. Onlar arasında təmir-tikinti, xidmət, aqrar və digər sahələr üzrə kifayət qədər dövlət əmlakları var. Bu da investorların biznes layihələri üzrə daha uyğun seçim etmələrinə şərait yaradır.