ƏƏSMN və KİVDF birgə keçirdikləri fərdi jurnalist yazıları müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) əhalinin rifah halının yaxşılaşdırılması, həssas qruplara dövlət qayğısının artırılması istiqamətində atılan yeni mühüm addımlarla əlaqədar birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edir

Müsabiqənin məqsədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramının yeni uğurlu nəticələri kimi, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas kateqoriyaların sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması, sosial ədalət prinsipinin yüksək səviyyədə təminatı istiqamətində atılan yeni inqilabi addımlar və əldə olunan mühüm irəliləyişlər barədə geniş ictimai məlumatlandırmanın təmin olunmasında peşəkar jurnalist əməyinin stimullaşdırılması.

Müsabiqənin mövzusu

“Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar

Müsabiqə haqqında daha ətraflı məlumat üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır