Dünya bazarında neftin həftəlik satış qiymətləri

BBN.az sizə neftin həftəlik qiymətlərini təqdim edir.

Aprel ayının 2-də, həftənin əvvəlində, “WTI” markalı neftin 1 barelinin qiyməti 61.59 ABŞ dollarında qeydə alınsa da, həftə sonunu  0.83% artaraq 62.1 ABŞ dolları ilə başa vurmuşdur.

Həftə əvvəlində 1 barelinin satış qiyməti 69.01 dollar olaraq müəyyənləşən “Brent” markalı neft həftə ərzində 1.93% artaraq 70.34 ABŞ dolları olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam nefti həftəyə artım ilə başlayaraq 1 barelinin qiyməti 70.82 ABŞ dolları olub. Qeyd edək ki, Azeri LT CIF” nefti həftəni 71.94 ABŞ dolları satış qiyməti ilə başa vurub. Burada həftəlik artım 1.58% olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır