İzmirdə Azərbaycan-Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib

İzmirdə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası keçirilib.

İclasda Azərbaycanı kənd təsərrüfatı naziri İnam Kərimov və Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Azərbaycanda pambıqçılığın inkişafına dair Niyyət Bəyannaməsini imzalayıblar. Həmçinin Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclasının Protokolu imzalanıb.

Daha sonra KİV nümayəndələrinə açıqlama verən nazirlər Kənd Təsərrüfatı İcra Komitəsinin 9-cu iclası ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır