“ABA” tərəfindən “BANK FORUMU” keçiriləcək

24-25 noyabr 2016-cı il tarixlərində Azərbaycan Banklar Assosiasiyası tərəfindən Bank Forumu keçiriləcək. BBN.az xəbər verir ki, “Post-neft dövründə bankçılıq perspektivləri” adlı Forumun məqsədi maliyyə-bank sisteminin post-neft dövrünə adaptasiyası, maliyyə dayanıqlığına dair məsələlərin müzakirəsi, bankçılıq sahəsində yeniliklər və innovasiyalar barədə qabaqcıl təcrübələrin öyrənilməsinə vəsilə olmaqdır.

Forum dörd paneldən ibarət olacaq:

  • “Post-neft dövrünün çağırışları: yeni iqtisadi strategiya”;
  • “Böhran şəraitində bankların idarə edilməsi və fəaliyyətlərinin diversifikasiyası: dünya təcrübəsindən dərslər”;
  • “Bank qanunvericiliyi: problemlər və perspektivlər”;
  • “Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər” mözvularını əhatə edəcək.

Tədbirdə bank-maliyyə sisteminin tənzimləyici orqanlarının, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin, eləcə də ABA üzvü olan bankların Müşahidə Şurası və İdarə Heyəti sədrlərinin iştirakı nəzərdə tutulur. Eyni zamanda, Forumun 2-ci günündə hüquqi məsələlərə aid birinci Paneldə ABA-nın hüquqi məsələlər üzrə Ekspert Qrupunun üzvləri və qrup üzvü olmayan bankların hüquq departamentlərinin rəhbərləri, həmçinin ikinci paneldə ABA-nın İT və Ödəniş sistemləri üzrə Ekspert Qruplarının üzvləri və bu qrupların üzvü olmayan bankların müvafiq nümayəndələri, elektron təhlükəsizlik üzrə məsul şəxlərin iştirakı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır