Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Bank və maliyyə bazarlarında kibertəhlükləsizliyi” adlı konfrans başlayıb.
Tədbiri giriş sözü ilə Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov açıq elan edib. Yunus Abdulov açılış nitqində qeyd edib ki, informasiya texnologiyalarının geniş tətbiqi bank sektoru və maliyyə bazarları kimi belə texnologiyaların tətbiqində ön sıralarda dayanan spesifik sahələri kibertəhlükəsizlik məsələləri ilə bağlı ortaya çıxan yeni çağırışlarla üz-üzə qoyur. Bugünkü konfrans da məhz bank-maliyyə sektorunda İT təhlükəsizlik sahəsindəki yeni çağırışların yaratdığı zərurətdən irəli gəlir. Daha sonra söz spikerlərə verilib.