ABA-da Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun ölkə üzrə nümayəndəsi ilə görüş keçirilib

20 sentyabr 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının İcra aparatı nümayəndələri Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun ölkə üzrə nümayəndəsi Eduard Şmitlə görüşüb. Görüşdə birgə layihələr, tələbələr üçün təşkil olunacaq “Yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyanın mümkün mənfi nəticələri” mövzusunda yazı müsabiqəsi və 2018-ci ilin mart ayından etibarən maliyyə savadlılığının artırılması məqsədilə keçiriləcək layihə ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, həmçinin ABA tərəfindən təşkil olunacaq forum çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır