ABA nəzdində növbəti Ekspert Qrupu yaradılıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində  “Daxili audit üzrə” Ekspert Qrupu yaradılıb.

Yeni Ekspert Qrupunun yaradılması haqqında qərar 16 yanvar 2019-cu il tarixində ABA-nın Rəyasət Heyətinin iclasında qəbul edilib.

Ekspert Qrupunda aşağıdakı işlərin görülməsi nəzərdə tutulur:

  • Beynəlxalq təcrübələrin öyrənilməsi və vahid yanaşmaların tətbiqinin təşkili,
  • Daxili audit işinə dair normativ aktların yenilənməsi / hazırlanması,
  • Auditorların peşəkarlıq  dərəcələrinin  artırılması  məqsədilə  təlim  /  konfrans  /seminarların təşkili
  • Daxili audit işi ilə bağlı təhlil və araşdırmaların aparılması
  • Bank fəaliyyətini  tənzimləyən  hüquqi  normativ  bazanın  yenilənməsi  /  mövcud problemlərin həlli
  • Xarici təşkilatlarla işgüzar münasibətlərin qurulması

Qeyd edək ki, qrupa rəhbərlik “Azərbaycan Beynəlxalq Bankı” ASC-in Daxili Audit Departamentinin direktoru Elgün Qurbanova həvalə edilib.

Elgün Qurbanov müəyyən vaxtlarda “Bank of Baku” ASC-nin Daxili Audit Departamentinin direktoru, İdarə Heyətinin Sədrinin müşaviri, filial direktoru vəzifələrində çalışıb.

Elgün Qurbanov Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit üzrə bakalavr və magistr üzrə təhsil alıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır