ABA-nın “ÇPY qarşı mübarizə və komplayens üzrə” Ekspert Qrupunun iclası olub

2 fevral 2018-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “ÇPY qarşı mübarizə və komplayens üzrə” Ekspert Qrupunun iclası olub.

İclasda ABA-nın ÇPY qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun sədri Anar Kərimov və qrupun digər üzvləri iştirak edib.

İclas zamanı Qrupun 2018-ci il üzrə İş planı müzakirə edilib. İş planında nağdsız hesablaşmalar haqqında Qanunun tətbiqi mexanizmində bankların qarşılaşdıqları çətinliklər, idxal/ixrac məsələlərilə əlaqədar vahid yanaşmanın tətbiq edilməsinə dair sənədin hazırlanması, Dövlət satınalma əməliyyatlarının müəyyən edilməsi istiqamətində aparılan islahatlar, Valyuta Rejiminə ediləcək dəyişikliklərin Mərkəzi Bank ilə müzakirəsi və il ərzində qarşıda duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır