ABA-nın Ekspert Qrupları mükafatlandırılıb

14 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin iclası zamanı 2016-cı ildəki aktiv fəaliyyəti ilə seçilən Ekspert Qrupları “İlin Ən Fəal Ekspert Qrupu” nominasiyası üzrə təltif ediliblər.

Qiymətlədirməyə əsasən, ABA-nın “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu I yerə layiq görülüb. Mükafatı Ekspert Qrupu adından həmin qrupun sədri və “Ata Holding” ASC-nin “Hüquq” Departamentinin direktoru Qorxmaz Ağayev qəbul edib.

II yeri isə “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupu tutub. Mükafat Qrupa sərdlik edən “Yapı Kredi Bank Azərbaycan” QSC-nin “Alternativ Xidmət Kanalları üzrə” müdiri Məhəmməd Məmmədova təqdim edilib.

“Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupu isə bu sıralama üzrə III yerdə qərarlaşıb. Qrupun sədri və “PAŞA Bank” ASC-nin “Komplayns və Daxili Nəzarət” Departamentinin direktoru Anar Kərimov Ekspert Qrupu adından mükafatı qəbul edib.

Qeyd edək ki, hazrırda ABA-nın nəzdində 9 ekspert qrupu fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır