17 aprel 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun maliyyələşdirməsinə (ÇPY/TMM) qarşı mübarizə və komplayns üzrə” Ekspert Qrupunun təşəbbüsü ilə bank nümayəndələri və Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə vergi qanunvericiliyinə edilən dəyişikliklər və “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”nun tətbiqi ilə əlaqədar bankların sualları cavablandırılıb və gündəlikdə olan digər məsələlər ətrafında müzakirələr aparılıb.