25 may 2017-ci il tarixində ABA-nın təşkilatçılığı ilə Maliyyə Monitorinqi Xidmətinin sektor müdiri Azər Abbasov tərəfindən seminar keçirilib. “Bank hesablarına dövlət satınalmalarından daxil olan vəsaitlərin idarə edilməsi” mövzusunda keçirilən seminarda Azərpoçt MMC-nin, KredAqro BOKT QSC-nin, və ABA-nın üzv təşkilatlarının nümayəndələri iştirak edib.
Qeyd edək ki, seminar Unibank ASC-nin mərkəzi ofisində baş tutub.