ABA-nın ümumi yığıncağı keçirilib

3 fevral 2017-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) ümumi yığıncağı keçirilmişdir. İclas ABA-nın sədri Zakir Nuriyevin nitqi ilə başlamışdır. Z. Nuriyev öz çıxışı zamanı hazırda bank sektorunun qarşısında olan əsas problemlər və 2017-ci ildə görülməli olan işlər haqqında fikirlərini bildirmişdir.

Yığıncaqda ABA və onun törəmə təşkilatlarının 2016-ci ildə gördüyü işlərlə bağlı hesabat dinlənilmişdir. Hesabatda ABA-nın təşkil etdiyi görüşlər, bank sektorunun vəziyyətinin yaxşılaşdırılması üçün aidiyyatı qurumlara edilən müraciətlər və ABA-nın 2016-cı il üçün planında olan digər məsələlər haqqında ümumi məlumat verilmişdir. Hesabat ABA-nın icraçı direktoru Yunus Abdulov tərəfindən üzvlərə təqdim olunmuşdur.

Bundan əlavə, ABA-nın maliyyə göstəriciləri ilə əlaqədar audit hesabatı üzvlərin diqqətinə çatdırılmışdır.

Həmçinin 2017-ci ildə görüləcək işlər müzakirə edilmiş, ABA və onun törəmə təşkilatlarının büdcəsi təsdiq olunmuşdur. Bununla bərabər iclasda ABA-nın Rəyasət Heyətinin yeni üzvləri təyin edilmişdir.

İclasda müzakirə olunan digər bir məsələ isə Bank Ombudsmanı ilə əlaqədar olmuş, əsəsnaməsi təsdiq edilmişdir.

Həmçinin bax:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır