12 may 2017-ci il Azərbaycan Banklar Assosiasiyasının (ABA) “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”nun ilk iclası keçirilib.
İclasda 26 may 2017-ci il tarixində keçiriləcək “Bank və maliyyə bazarlarının kibertəhlükəsizliyi” adlı Konfrans ilə əlaqədar məsələlər müzakirə edilib, fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin son qərarı ilə “İT üzrə Ekspert Qrupu”nun “İT və İT təhlükəsizlik üzrə Ekspert Qrupu”na çevrilmiş və Azərbaycan Beynəlxalq Bankının (ABB) Baş direktoru Cəlal Orucovun Qrupa yeni sədr təyin edilmişdi.