26 aprel 2019-cu il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən xaricdən dəvət edilmiş ekspert-AniCap şirkətinin baş icraçı direktoru David Monkman və Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi arasında görüş keçirilmişdir.
Görüşdə sahibkarlığın maliyyələşdirilməsi, kiçik və orta biznes subyektlərinin maliyyə əlçatanlığı barədə fikir mübadiləsi aparılmış, ekspertə ölkədə bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı məlumat verilmiş və gələcək əməkdaşlıq imkanları istiqamətində müzakirələr aparılmışdır.