ABA və “MDB Bank-Maliyyə Şurası” arasında görüş keçirilib

14 noyabr 2017-ci il tarixində “Azərbaycan Banklar Assosiasiyası” (ABA) ilə “MDB Bank-Maliyyə Şurası” arasında görüş keçirilib.

Görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, ABA-nın İcraçı Direktoru Yunus Abdulov və “MDB Bank-Maliyyə Şurası”nın Koordinasiya Şurasının sədri Kazakov Anatoliy Borisoviç iştirak edib.

Birgə forumların təşkili, təcrübə mübadiləsi, əməkdaşlığın yaradılması görüşün əsas məqsədi olub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda Azericard MMC ABA-nın üzvüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır