05 aprel 2019-cu il tarixində “Accessbank” QSC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Siyasi Psixologiya Mərkəzinin (SPM) birgə təşkilatçılığı ilə təqdimat xarakterli tədbir təşkil edilib.
Tədbirdə biznes oyunları və simulyasiyalar vasitəsilə bank əməkdaşlarının fəaliyyətinin səmərəliliyinin artırılması mövzusunda müzakirələr aparılıb. Tədbirin spikeri “Nordic Training International”-ın idarə heyətinin üzvü, təlimçi Uğis Strauss olub.
Tədbirdə bankların məsul şəxsləri iştirak edib.