“ABAD” vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında yeni layihə imzalanıb

13 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Balakən regional ABAD mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə müəssisələrinin inkişafına dəstək” layihə sənədinin imzalanma mərasimi keçirilib.

Layihənin məqsədi Balakəndə “ABAD” regional mərkəzə geniş dəstək verməklə Şəki-Zaqatala iqtisadi zonasında kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verməkdir.

İnam Kərimovun qeyd edib ki,  “ABAD” Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına dəstək verməyi nəzərdə tutan yeni sosial innovasiya konsepsiyasıdır və Azərbaycanda sosial xidmətlər sahəsində aparılan islahatların nəticəsidir.

Daha sonra tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “ASAN xidmət”-in Azərbaycanın dövlət xidmətlərinin göstərilməsi, korrupsiyaya qarşı mübarizədə və yaxşı idarəçilik baxımından effektli layihə olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır