ABB 2018-ci ildən tez özəlləşdirilməyəcək

“Səhmləri dövlətə məxsus olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tezliklə özəlləşdiriləcək, lakin bu proses 2018-ci ildən tez baş verməyəcək”. Bu barədə maliyyə naziri Samir  Şərifov ABB-nin xarici öhdəliklərinin reztrukturizasiyası ilə bağlı planı beynəlxalq kreditorlara təqdim etmək üçün Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olan zaman  məlumat verib.

Nazirin sözlərinə görə, bank ilk növbədə balans göstəricilərini qaydaya salmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır