ABB açıq tender elan edir

“Azərbaycan Beynəlxalq Bankı” açıq tender elan edir. BBN.az “Xalq qəzeti”nə istinadən xəbər verir ki, tender bankın törəmə müəssisələrinin (“Qrup”un) 2017-ci ilin 9 aylıq maliyyə göstəriciləri üzrə audit baxışının və illik dövrü üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun və Beynəlxalq Audit Standartları əsasında auditinin keçirilməsi məqsədilədir.  Tender 1 lot üzrə keçirilir və iştirak haqqı 100 manatdır.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 sentyabr 2017-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 18 sentyabr 2017-ci il saat 17.00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidir.

Qeyd edək ki, iddiaçıların təklifləri 19 sentyabr 2017-ci il saat 11.00-da Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvanda açılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır