Filial şəbəkəsində biznes proseslərinin optimallaşdırılması layihəsinə start verən Azərbaycan Beynəlxalq Bankı bu layihəni Business Process Management (BPM) texniki platformasının bazasında həyata keçirir. Hazırda bu platforma bankın Bakı şəhərindəki filiallarında tətbiq olunur. İlin sonuna qədər bankın bütün xidmət şəbəkəsinin bu sistemə keçidi planlaşdırılır.
Qeyd edək ki, sözügedən məhsuldan dünyanın bir sıra aparıcı banklarının fəaliyyətində istifadə olunub və yüksək səmərə əldə edilib. Bu məhsulun ABB-də tətbiqi biznes proseslərinin avtomatlaşdırılmasına, işin effektivliyinin artırılmasına, müştərilərə xidmətin keyfiyyətinin yüksəldilməsinə kömək göstərəcək.
Qeyd edək ki, biznes proseslərinin optimallaşdırılması Azərbaycan Beynəlxalq Bankının yerinə yetirdiyi strateji layihələrdən biridir.