İnnovativ xidmət və məhsullara daim böyük önəm verən Azərbaycan Beynəlxalq Bankı müştərilər üçün daha bir imkan yaradıb. Bu banka aylıq kredit ödənişlərini internet səhifəsi üzərindən indi ölkəmizdəki istənilən bankların plastik kartları vasitəsilə də həyata keçirmək olar. Üstəlik, bundan ötrü bankımız tərəfdən heç bir komisyon haqq tutulmur. Onlayn kredit ödənişi bu bölmədə aparılır.
Müştəri burada lazımi əməliyyatları 20 rəqəmli hesab nömrəsini sistemə daxil edib məlumatların düzgünlüyünü təsdiqləməsi; Ödənişi həyata keçirmək üçün istifadə edəcəyi karta aid məlumatları göstərməsi; Ödənişin məbləği, valyuta növü və hesab nömrəsi barədə məlumatları bir daha təsdiqləməklə əməliyyatı tamamlaması ardıcıllığı ilə yerinə yetirir.
Mədaxil qəbzi müştərinin istəyi ilə onun elektron poçt ünvanına göndərilə bilər.