ABB hərbiçilərə özəl kampaniya elan edib

Azərbaycan Beynəlxalq Bankı 25 iyun “Dənizçilər Günü” və 26 iyun “Silahlı Qüvvələr Günü” münasibətilə özəl kampaniyaya start verib. Bankın maaş kartına sahib Azərbaycan hərbçi və dənizçiləri kampaniyadan faydalanaraq nağd pul kreditini bu bankdan 2% endirimlə əldə edə bilər.

Kampaniyanın əsas özəlliyi isə illik 2% endirimlə 15.000 manatadək vəsaiti 36 ay müddətində əldə etmək mümkündür. 3000 manatadək götürülən kreditlər zaminsiz həyata keçirilir. Kreditin rəsmiləşdirilməsi komissiyasızdır.

Qeyd edək ki, kampaniya 21 iyun– 05 iyul müddəti ərzində  keçərlidir. Bu krediti Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır