ABB nağdsız əməliyyatların həcminə görə lider olub

Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilin ilk rübündə VISA ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcminə görə lider olub. Bu münasibətlə bank VISA International şirkətinin xüsusi sertifikatına layiq görülüb. Bank sektoru nümayəndələrinin, VISA-nın tərəfdaşlarının iştirakı ilə Bilgah Beach Hotelində keçirilən görüş-seminarda Azərbaycan Beynəlxalq Bankına mükafat  təqdim olunub.

Xatlırladaq ki, Azərbaycan Beynəlxalq Bankı nağdsız ödəniş ənənələrini ilk dəfə ölkəmizə gətirən və bu ənənələrin daim inkişafına dəstək verən banklardandır.  “VISA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz Azərbaycan Beynəlxalq Bankı tətbiq etməyə başlayıb.

Qeyd edək ki, “VISA International” şirkəti ilə müştərək şəkildə müştərilər üçün “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır