ABB-nin ƏLA xidmət mərkəzi yeni yeni ünvanda fəaliyyətə başlayıb

“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) “ƏLA – Ən Lazımi Anda” brendi altında yaradılmış elektron xidmət mərkəzi yeni ünvanda yeni imkanlarla fəaliyyətə başlayıb. ƏLA mərkəzi müştərilərə Nizami küçəsi 67 ünvanında (Bankın Baş ofisi) xidmət göstərəcək.

Müasir texniki vasitələrlə təchiz olunmuş mərkəzdə müştəri bankın əməkdaşı ilə videoəlaqə yaradaraq, lazımi bank əməliyyatlarını asanlıqla həyata keçirir. Mərkəzin yeni imkanlarından biri bundan ibarətdir ki, indi burada innovativ bankçılıq texnologiyalarından olan avtomatlaşdırılmış depozit qutuları sistemi də quraşdırılıb.

ƏLA mərkəzində aşağıdakı bank əməliyyatlarını həyata keçirmək mümkündür:

Cəmi bir neçə dəqiqə ərzində ƏLA debet kartı almaq və karta şifrə təyin etmək;

8937 qısa nömrəsinə SMS göndərməklə kredit almaq;

Təhlükəsizlik və məxfilik şəraitində, bank əməkdaşının köməyinə ehtiyac qalmadan qiymətliləri depozit qutularında yerləşdirmək, yaxud bankdan götürmək.

Qeyd edək ki, bank yaxın gələcəkdə ƏLA xidmət mərkəzlərinin sayını artırmağı planlaşdırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır